Xəbərlər 04.12.2023 10:27 1759

BQXK: “Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir

“Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir”.

 

QHT.az “Report”-a istinadən  xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

 

O, Azərbaycanın mina problemi ilə üzləşməsindən təəssüfləndiyini bildirib:

 

“Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq.

 

Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edərək aradan qaldırmaqdır”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı