Xəbərlər 06.12.2023 09:54 2100

İsrail BMT koordinatoru Hastinqsin vizasını ləğv edib

İsrailin xarici işlər naziri Eli Koen Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin humanitar məsələlər üzrə koordinatoru Lin Hastinqsin vizasını ləğv etdiyini açıqlayıb.

QHT.az xəbər verir ki, Koen sosial media hesabından verdiyi açıqlamada "BMT-nin qərəzləri qarşısında daha səssiz qalmayacağıq!" dedi.

Hastinqi hədəf alan Koen Fələstinin Humanitar Məsələlər üzrə Koordinatorunu Qəzza zolağına şiddətli hücumları və torpaq işğalını davam etdirdiyinə görə "İsraili qınamaqda" günahlandırıb.

“Mən BMT-nin Humanitar Məsələlər üzrə koordinatoru Lin Hastings-in İsraildəki yaşayış vizasını ləğv etmək qərarına gəldim”, - Koen bildirib.

Qəzzadan İsrailə edilən hücumlara işarə edən Koen, "Həmas yerinə İsraili qınayan hər kəs BMT-də xidmət edə bilməz və İsrailə girə bilməz" dedi.

Hastinqs dünənki yazılı açıqlamasında İsrailin sıx hücumu altında olan Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığını bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinatoru vurğuladı ki, İsrailin “humanitar fasilədən” sonra hücumlara başlaması “on minlərlə insanı qida, su, sığınacaq və təhlükəsiz yer axtarışında getdikcə daha daralmış ərazilərə sıxışdırıb”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı