Xəbərlər 07.12.2023 18:26 2076

Rəqiblərə meydan oxuyacaq yeni süni intellekt modeli istifadəyə verilib

Google şirkətin süni intellekt imkanlarını gücləndirəcək və ChatGPT OpenAI daxil olmaqla rəqiblərə meydan oxuyacaq yeni süni intellekt (AI) modelini, Gemini- ni istifadəyə verib. 

QHT.az xəbər verir ki, Google-un baş direktoru Sundar Pichai bildirib ki, yeni alqoritm şirkətdə süni intellektin yeni dövrünün başlanğıcını göstərir. Bu süni intellekt modeli sonunda axtarışa inteqrasiya olunacaq. Gələcəkdə bir çox Google xidmətlərinin özəyinə çevriləcək daha güclü versiya olan Gemini Pro da var. Bundan əlavə, Google şirkətin ən güclü dil modeli olan və ilk növbədə məlumat mərkəzlərində istifadə və korporativ proqramlarla inteqrasiya üçün nəzərdə tutulmuş Gemini Ultra modelini yaratdı.

Hazırda yalnız ingilis dilində sorğuları idarə edə bilir, lakin gələcəkdə digər dillər üçün də dəstəyin olacağı aydındır.

 

Pərvaanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı