Xəbərlər 02.05.2025 01:21 78

BDU-da “SDG Tələbə Səfirləri Proqramı”na start verilib

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə gənclər arasında Davamlı İnkişaf Məqsədlərini (SDG) təşviq etmək və onları maarifləndirmək məqsədilə “SDG Tələbə Səfirliyi Proqramı”na başlanılıb.

QHT.az xəbər verir ki, Proqram çərçivəsində hər fakültədən 2 SDG Tələbə Səfiri seçiləcək. Səfirlər mentor dəstəyi və peşəkar təlimlər ilə təmin olunacaq. Hər SDG Tələbə Səfiri öhdəliyindəki Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə işini müəyyən edilmiş üsullarla təmin edəcək. Fakültələr üzrə Davamlı İnkişaf Məqsədləri yönümlü layihələr icra olunacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı