Xəbərlər 02.05.2025 01:15 85

"Nə? Harada? Nə zaman?" intellektual oyunu təşkil olunub - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Qubadlı rayonu üzrə nümayəndələri Hüseynli Sara və Camallı Coşqunun təşəbbüsü, Gənclər və İdman Nazirliyi və Hafiz Quliyev adına Çaytumas məktəb-liseyinin dəstəyi ilə uşaqlar arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqları bu maraqlı və intellektual fəaliyyətə cəlb etmək, onların dünyagörüşünü genişləndirmək olub. Təlimin açılışında dövlət nümayəndələri çıxış edərək tədbiri rəsmi şəkildə açıq elan edib və şagirdlərə oyunun qaydaları barədə ətraflı məlumat veriblər. Təlim 9–11-ci sinif şagirdləri arasında keçirilib. Ümumilikdə, 31 məktəbdən hər birindən 5 şagird olmaqla komandalar formalaşdırılıb. Yarışın sonunda qalib gələn məktəblərin şagirdləri diplomla təltif olunublar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı