Alimlər süni intellekt işçiləri ilə şirkət yaradırlar
Süni intellekt işçiləri çox vaxt tapşırıqların öhdəsindən gələ bilmirdilər.
QHT.az xəbər verir ki, süni intellekt hələ iş yerlərini tam ələ keçirə bilmir. Karnegi Mellon Universitetinin alimləri yalnız süni intellektdən ibarət “TheAgentCompany” adlı saxta şirkət yaradıblar. Bu şirkətdə AI modelləri maliyyə analitikləri, proqram mühəndisləri və menecer rollarını oynayıb. Lakin nəticələr göstərdi ki, AI agentləri real iş mühitində uğurlu deyil. Ən yaxşı nəticə göstərən Claude 3.5 Sonnet cəmi 24% tapşırığı yerinə yetirə bilib. Google-un Gemini 2.0 Flash modeli 11,4%, Amazon-un Nova Pro v1 isə cəmi 1,7% uğur qazanıb.
Alimlər qeyd ediblər ki, AI agentləri məntiq, sosial bacarıqlar və naviqasiyada ciddi çatışmazlıqlarla üzləşirlər. Təcrübə sübut edir ki, süni intellekt yaxın zamanda insan işçilərinin yerini tam əvəz edə bilməyəcək.
R.İmanov