Xəbərlər 08.12.2023 17:28 2552

Rusiyada sərnişin təyyarəsi havada yanıb

Mühərriklərdə baş verən yanğın səbəbindən Rusiyanın S7 aviaşirkətinin təyyarəsi Novosibirskdə məcburi eniş edib. 

QHT.az xəbər verir ki, Novosibirsk-Moskva reysi yerli vaxtla saat 06:21-də başlayıb. Demək olar ki, qalxdıqdan dərhal sonra təzyiqin mümkün azalması səbəbindən mühərriklərdə problemlər yarandı. Saat 07:04-də təyyarə Tolmaçevo hava limanına təhlükəsiz eniş edib. 176 sərnişinin hamısı xəsarət almadan təyyarəni təkbaşına tərk edib.

"Eniş zamanı kapitan bildirib ki, əyləclər alışıb. Artıq bütün sərnişinlər düşüb, hər şey qaydasındadır. Uçuş saat 14:20-yə planlaşdırılıb", - sərnişinlərdən biri bildirib.

Digər məlumata görə, mühərriklər uçuş zamanı alışıb. Təyyarədə 176 sərnişin olub, xəsarət alan olmayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı