Xəbərlər 30.06.2025 11:33 63

QHT rəhbərləri Rusiyada azərbaycanlılara qarşı zorakılığı pislədi

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş qəddar və qeyri-insani münasibətə sərt reaksiya verib.

QHT.az xəbər verir ki, o bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu hərəkətləri Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və hiddət doğurur:

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı xüsusi qəddarlıq və amansız münasibəti Azərbaycan xalqını o cümlədən vətəndaş cəmiyyətini hiddətləndirir. Bu tip amansızlıq artıq uzun illər boyu Rusiya tərəfindən sistematik şəkildə Azərbaycanlılara qarşı baş verir. Azərbaycan vətəndaş cəmiyyəti son günlərdə Rusiyada yaşayan azərbaycanlılara qarşı göstərilən amansız şiddəti qınayır. Rusiya rəhbərliyi etnik  zəmində terroru dəstəkləmirsə üzr istəməlidir və dərhal baş verən hadisələrdə günahkarların cəzalandırılmasının təmin edilməsini tələb edirik!"

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli də Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən zorakılığa münasibət bildirib. O, bu hadisəni Rusiyanın kriminal və sistematik zorakılığa əsaslanan siyasətinin açıq təzahürü adlandırıb:

"Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hücumlarla Rusiya öz mahiyyətini ortaya qoyub. Artıq bu ölkədə yaşamağın, biznes qurmağın nə qədər təhlükəli  olduğu bir daha aydın oldu.  Rusiyanın mühacirlərə qarşı bu kriminal siyasətinin izahatı olmayacaq. Bu ölkə törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə heç zaman məsuliyyət hiss etməyib."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı