Xəbərlər 13.12.2023 11:33 1640

Hakim Aydın Ağabəyov növbəti çempionatlara lisenziya qazanıb - FOTOLAR

Aydın Ağabəyov Portuqaliyanın Albufeire şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında iştirak edib.

QHT.az xəbər verir ki, Portuqaliyanın Albufeira şəhərində 17-26.11.2023-cü tarixlərində WAKO təqviminə uyğun olaraq kikboksinq üzrə dünya cempionatı keçirilib. Yarışda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib. Aydın Ağabəyov yarışın final döyüşlərini idarə edib və WAKO yarışın seçilmiş hakimi kimi növbəti çempionatlara lisenziya qazanıb.

Qeyd edək ki, bu çempionatda Azərbaycan Kikboqsinq Federasiyasının komandası rinq döyuşlərində 70 ölkə arasında 6-cı yeri qazanıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı