Xəbərlər 04.05.2024 12:52 2166

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən mayın 15-də Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı mayın 14-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı