Xəbərlər 16.01.2024 20:36 3757

“Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbiri  - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi  15 yanvar 2024-cü il tarixində  Maştağa  qəsəbəsi 128 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini keçirib.

QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin  razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən  “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir.

15 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi  N.Nərimanov adına 128 № li tam orta məktəbin sinif otağında layihənin növbəti tədbiri keçirilib. Lövhənin önündə masalar üstündə Heydər Əliyevə həsr olunmuş çox maraqlı stend, digər masa üzərində məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş albomlar, kitablar nümayiş  etdirilirdi.

“Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up, masanın üstündə layihə çərçivəsində hazırlanmış loqolu kiçik formatlı bayraqlar, loqolu qələm, loqolu qovluq, loqolu dəftərçə, Sertifikat, ,loqolu titul vərəqləri, loqolu Hədiyyə çantaları, loqolu papaq nümayiş etdirirdi. Tədbirdə N.Nərimanov adına 128 № li tam orta məktəbin direktoru S.Əliyeva,TTİDM İ.Muxtarzadə, təşkilatçı C.Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi – M.Əliyeva, və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər.

Tədbiri, giriş sözü ilə, pedaqoji heyət adındam S.Əliyeva açdı. O, çıxışında il boyu Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə  tədbirlər barəsində  geniş məlumat verdi. Sonra sözü layihə rəhbəri N.Nəcəfova verdi. O bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsi Bakıətrafı kənd və qəsəbələrdə yaşayan yeniyetmə və gənclərin ictimai həyatda fəallığının artırılması məqsədi ilə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənmışdir və hal-hazırda Sabunçu rayonu 9 təhsil ocağında həyata keçirilir. Digər çıxış edənlər İ.Muxtarzadə.,C,Əliyev, M.Əliyeva “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin  şagirdlərin təlim-tərbiyəsində mühüm rolundan danışdılar. Tədbirə toplaşmış  28 nəfər V - VIII sinif şagirdləri –  Ulu Öndərə həsr olunmuş  və  tətil günlərində evdə  hazırladıqları  esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin biri-birindın  maraqlı və məzmunlu  çıxışları bütün içtirakçıların  çox xoşuna gəldi və dəfələrlə alqışlandı.

Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa  görə N.Nərimanov adına 128 № li tam orta məktəbin pedaqoji heyyətinə minnətdarlığını bildirdi. 128 № li tam orta məktəbin pedaqoji heyəti adından çıxış edən S.Əliyeva bir daha şagirdlərin təlim-tərbiyəsində “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin əhəmiyyətini qeyd etdi və  Azərbaycan Gənclər Fondunun Bakıətrafı kənd və qəsəbələrdə yaşayan gənclərin hərtəfəfli inkişafına göstərdiyi diqqəti, qayğıkeş münasibəti və dəstəyi alqışladı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı