Xəbərlər 13.01.2024 11:45 572

“Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir

"Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 12 yanvar 2024-cü il tarixində Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin növbəti tədbirini keçirib.


Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir.

Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, 12 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Nardaran qəsəbəsi 295 № li tam orta məktəbin kitabxanasında layihənin növbəti tədbiri keçirilmişdir. Kitabxanada, lövhə üzərində, 8 c sinif şagirdi Ş.Əsgər zadənin çəkdiyi Ulu Öndər Heydər Əliyevin rəsmi, digər tərəfdə Heydər Əliyevə həsr olunmuş fotolar və mətnlərdən ibarət stend nümayiş olunurdu.

“Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up,stolüstü şəffaf tutacaqlar üstündə A-4 formatda xüsusi hazırlanmış loqolu lövhələr, masaların üstünə layihə çərçivəsində hazırlanmış loqolu kiçik formatlı bayraqlar düzmüşdü.Layihə iştirakçıları üçün loqolu qələmlər qoyulmuşdu. Tədbirdə 295 № li tam orta məktəbin direktoru səlahiyyətlərinin müvəqqəti icra edən Z.Rəşidova, D.Cəbrayılova, fənn müəllimləri – A.Mustafayeva, L.Əhmədova, UBTR D. Novruzova və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə Azərbaycan xalqının dərin məhəbbətindən və böyük ehtiramından danışdı. D.Cəbrayılova 295 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin icrası sahəsində görülmüş işlərdən danışdı və bu münasibətlə şagirdləri daha fəal olmağa çağırdı.

Z.Rəşidova şagirdlərin təlim-tərbiyəsində “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin rolunu qeyd etdi və Azərbaycan Gənclər Fondunun Bakıətrafı kənd və qəsəbələrdə gənclərin hərtəfəfli inkişafına göstərdiyi diqqəti və dəstəyi önə çəkdi. Tədbirə toplaşmış şagirdlər – 7 a sinfi A.Ağayeva, 8 a Ə.Ağarəziyeva, 8 b R.Əlizadə, F.Əhmədli, 8 c N.Bağırova, Z.Quluzadə, 8 ç R.Dadaşov, 8 d U. Gənciyeva, 9 a H.Cəbrayılov, Q.Ağayev, 9 b A. Şahbazova, 9 c R.Ağayeva, Z.Məhərrəmova,10 a X.Əliyeva, G.Rzayeva, Ulu Öndərə həsr olunmuş və tətil günlərində evdə işlədikləri esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin biri-birindın maraqlı və məzmunlu çıxışları bütün içtirakçıların çox xoşuna gəldi və dəfələrlə alqışlandı. Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi məqsədi ilə yaradılan şəraitə və təşkilatçılığa görə 295 № li tam orta məktəbin pedaqoji heyyətinə minnətdarlığını bildirdi.









 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı