Xəbərlər 19.01.2024 11:22 2696

QHT layihənin icrasını Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən təhsil ocaqlarında davam etdirir - FOTOLAR

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 17 yanvar 2024-cü il tarixində Maştağa qəsəbəsi  K.Məmmədov adına 209 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbirini  təşkil etmişdir.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az-a bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir.

17 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi  K.Məmmədov adına 209 № li tam orta məktəbin sinif otağında layihənin növbəti tədbiri keçirilmişdir. Sinif otaqında, masa üzərində, Heydər Əliyevə həsr olunmuş çox maraqlı  albomlar, kitablar  və  digər əyani vəsaitlər nümayiş  etdirilirdi.

“Oriqami” təşkilatı, layihə çərçivəsində hazırlanmış loqolu Rol up, masanın üstündə layihə çərçivəsində hazırlanmış loqolu  kiçik formatlı bayraqlar, loqolu qələm, loqolu qovluq, loqolu dəftərçə, Sertifikat, loqolu titul vərəqləri ,loqolu Hədiyyə çantaları, loqolu bəclər nümayiş etdirirdi. Tədbirdə  K.Məmmədov adına 209 № li tam orta məktəbin  direktoru  S.Ağayeva,  təsərrüfat üzrə direktorun müavini V.Sultanova, ibtidai sinif müəllimi R.Məlikova , psixoloq  S. Muradova, və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər.

Tədbirə Vİ,VII,VIII sinif şagirdləri toplaşmışdılar.Onlar könüllülük prinsipi əsasında “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinə qoşularaq tətil günlərində, evdə, Ulu Öndərə həsr olunmuş esse yazıları hazırlamışdılar. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə  tədbirlər barəsində  geniş məlumat verdi və bildirdi ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində K.Məmmədov adına 209 № li tam orta məktəbdə “Oriqami” təşkilatı tərəfindən icra olunan “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.Layihə Bakıətrafı kənd və qəsəbələrdə yaşayan uşaq, yeniyetmə və gənclərin intellektual inkişafına istiqamətlənmişdir. Digər çıxış edənlər Səbahət Ağayeva, Sevinc Muradova “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin  şagirdlərin təlim-tərbiyəsində mühüm əhəmiyyətini qeyd etdilər.

Tədbirə toplaşmış  15 nəfər VI - VIII sinif şagirdləri Ulu Öndərə həsr olunmuş esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin maraqlı və məzmunlu çıxışları bütün iştirakçıların çox xoşuna gəldi və dəfələrlə alqışlandı. K.Məmmədov adına 209 № li tam orta məktəbin rəhbərliyinə Təşəkkürnamə, tədbir iştirakçılarının hər birinə hədiyyə dəstləri təqdim olundu. Kollektiv şəkil çəkildi.

Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi üçün yaradılan şəraitə və təşkilatçılığa görə K.Məmmədov adına 209 №li tam orta məktəbin pedaqoji heyyətinə minnətdarlığını bildirdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı