Xəbərlər 16.05.2024 16:48 1484

Şəhidimiz 32 ildən sonra vətən torpağında dəfn olundu - FOTOLAR

Bu gün Quliyev Novruz Mahmud oğlunun nəşinin qalıqlarının 32 ildən sonra Füzuli rayonundakı dəfn mərasimində iştirak etdik. Mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdi.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Novruz Quliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulub və doğulub boya-başa çatdığı Füzuli rayonunun Çimən kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb: "Onun nəşi Vətən müharibəsində qazanılan qələbədən sonra Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb. Şəhid Novruz Quliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılandı və ailəsinin yaşadığı fin tipli qəsəbəyə gətirildi. Şəhidlə vida mərasimi keçirildi və cənazə namazı qılındı. Daha sonra şəhidin nəşi Bala Bəhmənli kənd məzarlığıda dəfn olundu. Şəhidlərimizin ruhuna dualar oxundu və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirildi".

Allah bütün şəhidlərimizə rəhmət etsin.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı