Xəbərlər 25.01.2024 09:20 990

Çində daha iki zəlzələ baş verib

Yanvarın 25-nə keçən gecə Almatı şəhərində seysmoloqlar iki zəlzələ qeydə alıblar, hər ikisinin episentri Çində olub.

QHT.az xəbər verir ki, yerli vaxtla saat 2.35-də seysmik stansiyalar şəbəkəsi təbiət hadisəsini qeydə alıb. Zəlzələnin episentri Çinin Almatı şəhərindən 258 kilometr cənub-şərqdə yerləşir. 5,1 bal gücündə zəlzələnin on kilometr dərinlikdə baş verdiyi bildirilir. Almatı sakinləri 2 bal gücündə zəlzələ hiss ediblər.

5,9 bal gücündə daha bir zəlzələni şəhər əhalisi 1,21-də hiss edib. Bu dəfə yeraltı təkanların episentri Almatıdan 273 kilometr cənub-şərqdə, Çin ərazisində yerləşib. Almatı sakinləri 2 bal gücündə təkan hiss ediblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı