Yay semestrinə qeydiyyat başlayıb
UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə qeydiyyat başlayıb.
QHT.az xəbər verir ki, tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər. Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də qoşula bilərlər.
Qeydiyyat üçün son tarix: 15 iyul.
Qeyd edək ki, tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaq).
Yay semestrinin fənləri barədə ətraflı: https://news.unec.edu.az/.../11635-unec-de-2023-2024-cu...