Xəbərlər 31.01.2024 22:20 1154

Keniyalı QHT rəhbəri: Ermənistanın Azərbaycanın və qonşu ölkələrin ətraf mühitinə ziyan vurmaqda davam etməsi bizi narahat edir

Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi vaxt yaxınlaşdıqca Ermənistanın və dağ-mədən sənayesi şirkətlərinin Azərbaycanın və qonşu ölkələrin çaylarına, flora və faunasına ziyan vurmaqda davam etməsi vətəndaş cəmiyyəti təşkilatı olaraq bizi narahat edir. Bu fəaliyyət nəticəsində ətraf mühitə ziyan vurulur. İnsanların təmiz hava və su əldə etmək hüququ var. Ancaq dağ-mədən sənayesi çayları çirkləndirir. Ermənistan hökuməti və şirkətlər isə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin narahatlıqlarına fikir vermir.

 

QHT.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Keniyanın “Wote” Gənclərin İnkişafı Təşkilatının icraçı direktoru Peter Oviti deyib.

 

O bildirib ki, BMT bu məsələyə müdaxilə etməli, həmçinin Ermənistan hökuməti ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə bütün protokollara riayət olunmasına təminat verməli və nəticələr paylaşılmalıdır. Bu fəaliyyətin insanların həyatına və ətraf mühitə mənfi təsir etmədiyinə əminlik olmalıdır. “Azərbaycanda keçiriləcək COP29-a hazırlaşdığımız bir vaxtda inanırıq ki, beynəlxalq ictimaiyyətə ünvanladığımız bu çağırış və müraciətimiz nəzərə alınacaq”, - deyə P.Oviti qeyd edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı