Xəbərlər 05.02.2024 00:09 1905

QHT sədri: “Bu seçki xalqımızı yeni dövrə aparır, bizi yeni, qürurverici perspektivlər gözləyir”

“QHT olaraq bizim seçki öncəsi həyata keçirdiyimiz fəaliyyət miqrantların ailə üzvləri arasında olan şəxslərlə, eyni zamanda ölkənin hüdudlarından kənarda yaşayan Azərbaycan respublikası vətəndaşları olan şəxslərlə, ölkənin hüdudlarında 18 yaşına çatmış Azərbaycan respublikası vətəndaşlığı əldə etmiş şəxslər bizim əsas hədəf qruplarımızdır”

QHT.az xəbər verir ki, növbədənkənar seçki ilə bağlı bu sözləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib. QHT sədri seçki fəallığının artırılması ilə bağlı məsələlərə də toxunub: “Biz qeyd etdiyim qruplarla sıx təmasda, mütəşəkkil qaydada işləyirik. Istəyərdik ki, daha böyük coğrafiyanı əhatə edək, elektratla işləyək, yerlərdə görüşlər keçirək. Keçmiş təcrübəyə əsaslanaraq yeni imkanlar əldə edirik. Bu seçki xalqımızı yeni dövrə aparır və bizi yeni, qürurverici perspektivlər gözləyir. Azərbaycan xalqına bu seçki prosesində uğurlar arzulayıram. Inanıram ki, xalqımız öz layiqli namizədinə səsini verəcək”.

Qeyd edək ki, prezident seçkisinin keçirilməsinə iki gün vaxt qalıb və bu, fevralın 7-ə planlaşdırılıb. Seçki günü ölkədə və xaricdə 18 yaşı tamam olmuş, səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları seçkilərə qatıla bilərlər. Seçki günü qeyri-iş günü hesab olunur.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı