Xəbərlər 05.02.2024 13:37 2030

"Düşünürəm ki, seçki günü vəfa borcumuzdan çıxmaq üçün ən gözəl fürsətdir" - QHT sədri

"İnanıram ki, 7 fevral - Zəfər Seçkisi günü Milli Birliyimizi bir daha nümayiş etdirərək dostlarımızı sevindirb, düşmənlərimizi məyus edəcəyik. Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. 30 il sonra Qarabağ və Şərqi-Zəngəzurda seçki məntəqələri qurulub. Nə qədər qürurverici hadisələrdir bunlar".

QHT.az xəbər verir ki, bu fikirləri “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva bildirib. Onun sözlərinə görə, hər birimizin bu şanlı tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə, Rəşadətli Ordumuza, Vətən üçün gözünü bir an qırpmadan canını fəda edən Şəhidlərimizə, Qazilərimizə minnətdarlıq borcumuz var: "Düşünürəm ki, seçki günü vəfa borcumuzdan çıxmaq üçün ən gözəl fürsətdir. Seçki günü hər birinizi fəal olmağa çağırıram". 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı