Xəbərlər 23.02.2024 17:03 3405

Vüqar Behbudov Neftçala rayonunda vətəndaşları qəbul edib və müraciətlərini dinləyib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlərAgentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Neftçala rayonunda vətəndaşları qəbul edib və müraciətlərini dinləyib. 

 

Qəbulda Neftçala ilə yanaşı Salyandan olan 20-yə yaxın sakin iştirak edib. Qəbul zamanı imtiyazlı şəxslər Agentliyin fəaliyyət istiqamətlərinə aid müraciətlərini bildiriblər. Agentlik sədri müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Səsləndirilən müraciətlər sırasında fərdi ev, avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və sosial reabilitasiya xidmətləri üstünlük təşkil edib. 

 

Qeyd edək ki, mütəmadi olaraq həyata keçirilən və bütün respublikanı əhatə edən qəbullarda ötən dövrdə 900-ə yaxın vətəndaşın müraciəti dinlənilib. 

 

Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müraciəti olan şəxslər Sosial Xidmətlər Agentliyinin 📞 (+994 12) 525 41 30 qaynar xətti, 📲 (+994 50) 525 41 30 WhatsApp sosial platforması və sosial media hesabları vasitəsilə suallarını ünvanlaya bilərlər.     

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı