Xəbərlər 05.03.2024 12:25 2447

“Vərəm stiqması ölkədə 98 % təşkil edir”- Çingiz Ramazanlı

Vərəm bütün dünyada olduğu kimi Azərbaycanda da əsas ictimai səhiyyə problem olaraq qalır. Cəmiyyətdə vərəmlə bağlı maarifləndirmə işinin artırmaq üçün hansı üsullardan istifadə edilir?

QHT.az oxucuların vərəm haqqında məlumatlı olması üçün bu problemlə bağlı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlının fikirlərini alıb. QHT sədri əsas strategiyanın necə qurulmasından danışıb: “Biz Milli Vərəm Proqramı ilə yaxından əməkdaşlıq edərək əhali arasında maarifləndirmə aksiyaları, təlimlər keçirir, eyni zamanda vərəm xəstəliyinə qalib gəlmiş keçmiş pasientlərin də aktiv surətdə bizə qoşulmasının təbliğini aparırırq. Bu ən başlıca cəhətdir ki, təlimlərdə iştirak edən əhaliyə daha çox lazımdır. Burada əsas məqam təlim prosesinin şərhini peşəkar tibb işçiləri deyil vərəmdən sağalmış keçmiş pasient aparır. Bu ən böyük stimuldur ki, vərəm tam sağalan xəstəlikdir. Qeyd edim ki, insanlarımızda milli şüur inkişaf etməlidir. Çünki vərəm xofu, vərəm stiqması ölkədə 98 % təşkil edir. Vərəm stiqması əsası olmayan damğalanma deməkdir. Bunların qarşısını almaq üçün insanlarda düzgün yanaşma tərzi olmalı və köhnlmiş steoretiplərdən təmizlənmək üçün bu problemlərə yeni və tam fərqli baxış bucağından baxılmalıdır. Bunun üçün də bizim üzərimizə böyük işlər düşür ki, maarfləndirmə istiqamətində yeni üsullar tapaq, ictimai səhiyyənin çox vacib və önəmli olan yeni yanaşma və konkret nəticələrə köklənmiş strateji istiqamətlərini tətbiq edək”.

Qeyd edək ki, vərəmin aşkarlanmasının iki əsas strategiyası mövcuddur: passiv və aktiv. Passiv aşkarlanma xəstənin müraciəti ilə bağlıdır və xəstələrin müraciət etdikləri poliklinikalarda, xəstəxanalarda və digər müalicə müəssisələrində aparılır. Aktiv aşkarlanma iki əsas hissədən ibarətdir: vərəm infeksiyası ocağındakı şəxslərin (kontaktların) müayinəsi və risk qrupuna aid əhalinin profilaktik müayinəsi. Vərəmin passiv aşkarlanması və diaqnostikası (müraciət zamanı) aşağıdakı simptomlar və ya onların kombinasiyaları müşahidə edilən bütün müayinə olunanlarda vərəmin mövcudluğuna şübhə yaranmalıdır:

Ümumi simptomlar: qızdırma, zəiflik, çəki itkisi, iştahasızlıq

Yerli simptomlar: öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar

Dəri əlamətləri: tərləmənin artması (gecə tərləmələri), dəri örtüyünün solğunluğu

Lakin oxuculara əsas bir məqamı da xatırlatmaq istəyirəm ki, hətta bütün bu sadalanmış simptomların olması belə hələ də vərəm yox sadəcə vərəmə şübhəli hal kimi qiymətləndirilir. Əsas diaqnozun qoyulması müayinənin qızıl standartı sayılan bəlğəmin bakterialoji analizinə əsaslanır. Eyni zamnda da vərəm xəstəliyi hətta bakterioloji təsdiqini tapsa belə bilmək laımdır ki, bu xəstəlik tam sağalan xəstəlikdir. Sağalma üçün isə müalicəyə sadiqlik əsas şərtdir. Əsas məqamlardan birini də qəbul etmək lazımdır ki, vərəm xəstəliyi konkret olaraq ancaq həkim- ftiziatrların birbaşa nəzarəti altında mümkündür və vacibdir. Başqa ixtisaslı həkimlər vərəmin müalicəsi ilə məşğul ola bilməzlər. Buna həm tibb etikası, həm də ən başlıcası qanun yol vermir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı