Xəbərlər 06.03.2024 18:40 1577

“Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa - FOTOLAR

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində martın 6-da “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, tədbirin açılışında Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımları barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarca tədqiqat işi İnstitut tərəfindən hazırlanıb.

Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev çıxışında bildirib ki, xalqımıza qarşı ağır cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı