Xəbərlər 11.03.2024 02:18 1294

İsveçdə Məsihin təsviri olan orta əsr qadınlarının qızıl üzükləri tapılıb

İsveçdə tapılan on minlərlə orta əsr əşyaları arasında heyrətamiz çoxəsrlik artefaktın tapılması arxeoloqları sevindirdi.

QHT.az xəbər verir ki, dövlət milli tarixi muzeyləri üçün qazıntılar aparan arxeoloqların məlumatına görə, İsveçin ən qədim şəhərlərindən biri - Kalmarda iki il davam edən qazıntılar zamanı 30 minə yaxın obyekt aşkar edilib. Nadir tapıntılar arasında demək olar ki, mükəmməl vəziyyətdə olan qızıl üzük də var idi.

Üzərində Məsihin təsviri həkk olunmuş üzük 15-ci əsrin əvvəllərinə aiddir. Tədqiqatçılar onun ölçüsünə əsaslanaraq, üzüyün qadın tərəfindən taxılmasının mümkün olduğunu bildiriblər. Digər oxşar qədim əşyalar Şimali Finlandiya, Östergötland və Dağüstü ərazilərdə aşkar edilmişdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı