Xəbərlər 25.06.2025 15:09 33

Əlilliyi olan uşaqlara dövlət qayğısı: Yeni imkanlar verlişdə müzakirə olundu / VİDEO

23 iyun 2025-ci il tarixində Dost TV-də yayımlanan "Qayğı" proqramında aparıcı Murad Həşimovun təqdimatında 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova qonaq oldu.

QHT.az xəbər verir ki, proqramda o, əlilliyi olan uşaqlara göstərilən dövlət qayğısı barədə məlumat verdi. Sevinc Məlikovanın sözlərinə görə, bu ilin ilk 6 ayında müəssisə 179 nəfər əlilliyi olan uşağa xidmət göstərib:

"Müəssisə, həm təhsilə cəlb olunmaya bilməyən uşaqlara, həm də təhsil imkanı olanlara xidmət edir. Əlilliyi olan uşaqlar üçün müxtəlif təhsil variantları mövcuddur:

  • Evdə təhsil

  • Xüsusi tipli internat məktəbləri

  • Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəbləri

Uşağın təhsilə cəlb olunması mümkünsüzdürsə, o zaman tibbi-pedaqoji komissiyanın rəyinə əsasən, uşaq sosial xidmət müəssisəsinə yerləşdirilir".

Ətraflı videoda:

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı