Xəbərlər 29.03.2024 21:05 4044

Gəncə 1 Saylı Mediasiya Təşkilatı️nda monitorinq aparılıb- FOTOLAR

Mediasiya Şurası Qanunvericilik, normativ - hüquqi aktlar, Şuranın Nizamnaməsi və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir.

QHT.az xəbər verir ki, 5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirilməsi məqsədi ilə Mediasiya Şurası İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli Qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilmişdir.

Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov tərəfindən Gəncə şəhərinə səfər zamanı Gəncə 1 saylı mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, Ulu öndər ehtiramla anılmış və abidə önünə gül dəstələri qoyulmuşdur.

Təqvim planına əsasən Gəncə 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Gəncə 1 saylı mediasiya təşkilatının rəhbəri Südabə Məmmədova və Gəncə 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak etmişdir.

Müzakirələrdə təşkilatın fəaliyyəti, marketinq strategiyası və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilmişdir.

Monitorinq zamanı mediasiya sahəsindəki dəstəklərinə görə vəkillər Vüsal Səfərov, Pərviz Tahirsoy və Vüqar Süleymanov Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən təşəkkürnamə ilə təltif olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı