Xəbərlər 01.04.2024 16:37 1178

"Ötən il ünvanlı sosial yardım alanların sayı 18 min 500 nəfər azalıb"- EKSPERT

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir.

QHT.az xəbər veriri ki, ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub: "Bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib. Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olmuşdur".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı