Xəbərlər 05.04.2024 10:43 998

Təhlükəsizlikdə effektiv addımlar icra edilir

2022-ci ilin iyun ayından 2024-cü ilin fevralınadək ərazidə minatəmizləmə əməliyyatlarının aparıldığı dövrdə qeyri-texniki tədqiqat qrupları, partlayıcı sursatları zərərsizləşdirən və heyvanlarla mina aşkar edən qruplar minatəmizləmə və tədqiqat fəaliyyətləri baxımından əhəmiyyətli nəticələr əldə edib.

QHT.az xəbər verir ki, yerli QHT olan Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən işə cəlb edilmiş 6 minatəmizləmə və tədqiqat qrupu, həmçinin 2 heyvanlarla (minaaxtaran siçovullar və itlər) mina aşkar edən qrupun köməyi ilə ümumi sahəsi 3,6 mln m²-dən çox olan böyük bir ərazi tədqiq edilmiş, 894 min m² sahə uğurla təmizlənmişdir. Partlayıcı sursatları zərərsizləşdirən qruplar digər qruplarla birlikdə 475 partlayıcı sursatı zərərsizləşdirmə çağırışı həyata keçirib, 33 piyada əleyhinə mina, 28 tank əleyhinə mina, 982 partlamamış sursat və 62,211 kiçik atıcı silah və döyüş sursatı aşkar edib.

Bu birgə səy, partlayış təhlükəsinin azaldılması və bölgədə təhlükəsizliyin gücləndirilməsində komandaların fədakarlığı və effektivliyini təsdiq edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı