Xəbərlər 05.04.2024 14:20 1600

QHT sədrinin məqaləsi Afrika Jurnalistlər Konqresi Beynəlxalq jurnalında dərc olunub

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyevin yazdığı məqalə Afrika Jurnalistlər Konqresi Beynəlxalq jurnalının mart nömrəsində dərc olunub.

QHT.az xəbər verir ki, o, məqalədə Yeni Kaledoniyada keçirilən aksiyada Azərbaycan Prezidenti İlham Əliyevin və “Dəmir yumruq” plakatlarının qaldırılmasının qürurverici olması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Prezidentinin Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından bəhs etməsi, Qəmər arxipelaqının Mayot adası, həmçinin Yeni Kaledoniya xalqlarının, o cümlədən digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquqlarına və azadlıqlarına hörmət etməməsi mövzusundakı fikirlərini bölüşüb.

Qeyd edək ki, bu jurnal Afrika qitəsində yerləşən 30-dan artıq (Misir, Zimbabve, Tunis, Efiopiya, Nigeriya, Uqanda, Tanzaniya, Esvatini, Cənubi Afrika, Keniya, Mavrikiy, Qana, Fil Dişi Sahili, Konqo Respublikası, Qvineya Bisau, Ruanda, Seneqal, Zambiya, Əlcəzair, Sierra Leone, Liberiya, Qambiya, Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Somali, Cənubi Sudan, Anqola, Botswana, Mozambique, Malawi və.s) ölkədə nəşr olunmaqdadır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı