Xəbərlər 15.04.2024 00:48 1567

Güclü daşqınlar 30-dan çox insanın həyatına son qoyub

Əfqanıstanda mövsümi yağışların səbəb olduğu güclü daşqınlar üç gündə ən azı 33 nəfərin ölümünə və 27 nəfərin yaralanmasına səbəb olub.

QHT.az xəbər verir ki, daşqınlar paytaxt Kabil və ölkənin bir sıra digər əyalətlərini vurub. 600-dən çox ev qismən və ya tamamilə dağılıb, 200-ə yaxın mal-qara tələf olub. Daşqın həmçinin 800 hektar əkin sahəsinə və 85 kilometrdən çox yola ziyan vurub.

Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Abdullah Janan əlavə edib ki, Qərbi Farah, Herat, cənub Zabul və Qəndəhar ən çox zərər çəkən əyalətlər arasındadır. Yaxın günlərdə Əfqanıstanın 34 vilayətinin əksəriyyətində daha çox yağış gözlənilir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı