Xəbərlər 29.04.2024 01:16 1539

“Güclü cəmiyyətin zərif simaları” adlı görüş olub - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra edilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində növbəti görüşlər aprelin 26-da Gəncə şəhəri və Şəmkir rayonunda təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirlərin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyinin və yerli icra orqanlarının nümayəndələrinin çıxışları dinlənilib. Görüşlər ölkəmizdə fərqli sahələrdə uğur qazanmış qadınların TEDx formatında çıxışları ilə davam edib. Qeyd edək ki, layihənin məqsədi regionlarda yaşayan qadınlar, yeniyetmə və gənc qızların şəxsi və liderlik bacarıqlarının inkişafına dəstək vermək, onların ictimai fəallığını təşviq etməkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı