Xəbərlər 19.04.2024 11:07 2637

Miqrantların inteqrasiyası məsələləri üzrə İctimai Dinləmə keçirilib

18 Aprel 2024-cü il tarixində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın birgə təşəbbüsü ilə “Miqrantların yerli cəmiyyətə inteqrasiyası məsələlərində QHT-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilmişdir. Tədbir Zoom platforması üzərindən onlayn formatda keçirilib.

QHT.az xəbər verir ki, bu barədə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli məlumat verib. Onun sözlərinə görə, İctimai Dinləmədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimoiv, DMX yanında İctimai Şuranın sədri Ramil İskəndərli, sədr müavini Rahilə Mehdiyeva, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Konstitutisya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Gənclərin Anti-Narkomaniya İctimai Birliyin sədri Büllur Məmmədova və digər QHT sədrləri çıxışlar edərək dəyərli təkliflər səsləndiriblər.

Tədbirin məqsədi QHT-lərin miqrantların yeni mühitə uyğunlaşmasına, sosial və iqtisadi həyatda fəaliyyət göstərməsinə və mədəni müxtəlifliyin qorunmasına dəstəyi məsələlərin müzakirəsi olub. Miqrantların hüquqlarının müdafiəsi, onların maraqlarının təmsil olunması və onlara xidmətlərin göstərilməsi istiqamətində fəaliyyəti və bu sahədə təşkilatların təcrübə mübadiləsi müzakirə obyekti olub.

Müzakirə əsnasında DMX-nə ünvanlanmış sual və təkliflərə DMX nümayəndəsi Kəyan Hacıyev öz münasibətini bildir və miqranlatın inteqrasiya məsələləri barədə gələcək planlarla bölüşüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı