Xəbərlər 22.04.2024 10:01 1265

Ayaz Hüseynov İspaniyanın Madrid şəhərində elmi konqresdə iştirak edir

Dünya Hemofiliya Federasiyasının (WFH) təşkilatçılığı ilə İspaniyanın Madrid şəhərində 3000-dən çox iştirakçı üçün elmi konqres öz işinə başladı.

Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az- a bildirib ki, konqresdə dünya şöhrətli alimləri tərəfindən tibbin son nailiyyətləri haqqında və səhiyyənin əlçatanlığı barəsində çıxışlar nəzərdə tutulub: "Konqresdə 3000-dən çox bütün dünyadan pasiyent təşkilatlarının və müxtəlif profilli həkimlərin iştirak edir. Baş Assambleyada yalnız üzv təşkilatlar iştirak edir və səs vermə yolu ilə bir çox görüləcək işlər, yeni ölkələrdən pasiyent təşkilatların üzvlüyə qəbulu və Dünya Hemofiliya Federasiyasının struktur dəyişikliyi edilir. Baş Assambleyada 147+5 ölkədən üzv Pasiyent Təşkilatları iştirak edir". 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı