Xəbərlər 22.04.2024 17:13 932

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

 

Məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətinə fövqəladə hallar zamanı fəaliyyət üzrə vərdişlərin aşılanması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili üsullarının, hesabat xarakterli sənədlərin tərtib edilməsi üzrə biliklərin təkmilləşdirilməsindən ibarət olub.

 

Məşqdə FHN-in Şimal-qərb Regional Mərkəzi və Balakən Rayon Mərkəzi Xəstəxanasının məsul şəxsləri, həmçinin müəssisənin mülki müdafiə qüvvələrinin şəxsi heyəti və tibbi personalı iştirak edib.

 

İki mərhələdə keçirilən məşqin ilk mərhələsi xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib.

 

Məşqin ikinci mərhələsində baş vermiş şərti fövqəladə hadisə barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılıb, ilkin tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib. Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapıb və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanıb.

 

Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı