Xəbərlər 23.04.2024 10:08 987

Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəi 40kv.m olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40kv.m sahədə yanıb.

 

Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı