Xəbərlər 24.04.2024 06:16 936

Mediatorların Belarus Respublikasında keçirilən təlimlərinə start verildi - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasını təmsil edən peşəkar mediatorlardan ibarət nümayəndə heyəti Belarus Respublikasında təlimdə iştirak ediblər.

QHT.az xəbər verir ki, nümayəndə heyəti ilk öncə mediatorlar üçün ixtisasartırma kursunun proqramının elmi direktoru Liliya Vlasova ilə görüşüb, xanım Vlasova ilə ölkə ərazisində mediasiya sahəsindəki yeniliklər barədə danışıqlar aparıb.

Daha sonra mediatorlar yazıçı, ədəbi mükafat laureatı, mediator-təlimçi İrina Krasovskayanın “Ədəbi fantastika vasitəçiliyin öyrədilməsi və təbliği üsulu kimi” mövzusunda master-klassa qatılıblar. Master-klass zamanı mediatorlara müxtəlif ədəbi əsərlər üzərindən mediasiya simulyasiyası canlandırılıb, eyni zamanda mediasiya prosesləri zamanı müxtəlif ölkələrdə olan tərəflərlə onlayn görüş vasitəsilə prosesin həyata keçirilməsi müzakirə edilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı