Xəbərlər 24.04.2024 06:33 1065

Türkiyə Universitetinin nümayəndə heyəti UNEC-də olub

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru Prof.Dr. Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

QHT.az xəbər verir ki, UNEC rektoru prof. Ədalət Muradovla görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in Şəhidlər Kompleksini də ziyarət ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı