UNEC-də “Abituriyent Aylığı”na start verildi
İyunun 21-dən iyulun 21-dək abituriyent və valideynlər UNEC-i daha yaxından tanıya, eləcə də onları maraqlandıran suallara cavab tapa biləcəklər.
QHT.az xəbər verir ki, ay ərzində
- Hər cümə günü UNEC-in rektoru, professor Ədalət Muradovla görüşmək imkanı yaradılacaq;
- Hər çərşənbə axşamı UNEC-in bütün tədris binalarında “Açıq qapı günü” keçiriləcək;
- “Gələcəyin ixtisasları” mövzusunda ixtisas müəllimi ilə görüş təşkil olunacaq.
“Açıq qapı günü”ndə UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşlar da iştirak edə bilər.
Tədbirlər barədə ətraflı məlumat almaq və görüşlərə qatılmaq üçün qeydiyyatdan keçmək məqsədilə UNEC Bot – WhatsApp: 012 492 60 43 kanalı yaradılıb. UNEC abituriyent və valideynləri ay ərzində onlar üçün yaradılmış bu imkanlardan faydalanmağa və gələcək peşə seçimində doğru addımlar atmağa dəvət edir!