Xəbərlər 24.04.2024 19:53 1039

Qazaxıstan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb. Bunu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Marat Nurtleu deyib.

QHT.az xəbər verir ki, Nurtleu bildirib ki, bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzaladıq. Münasibətlərimizdə yeni bir mərhələ açdıq: "Şübhə yoxdur ki, bu mühüm saziş Astana və London arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcək. Ölkələr qarşılıqlı fəaliyyəti genişləndirmək və qarşılıqlı faydalı layihələr və təşəbbüsləri təşviq etmək üçün ümumi niyyətlərini təsdiqləyiblər. Tədqiqat sahəsində əməkdaşlığımızın artırılmasına xüsusi diqqət yetirilib”.

Ötən gün Böyük Britaniyanın keçmiş baş naziri və xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələrinə diplomatik səfərinə başlayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı