Xəbərlər 25.04.2024 08:07 1336

Mediatorların Belarus Respublikasında keçirilən təlimlər davam edir- FOTOLAR

24 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Mediasiya Şurasının təmsil edən peşəkar mediatorlardan ibarət nümayəndə heyəti Belarus Respublikasında keçirilən təlimin 2-ci günündə iştirak ediblər.

QHT.az xəbər verir ki, master-klassın bu günkü proqramı üzrə mediatorlar psixoloq, mediator Marina Boyko ilə tanış olmuş və onun “Ailə vasitəçiliyində sistem bürcləri” mövzusunda təqdimatı ilə ailə mübahisələrinin mediasiya yolu ilə həllində alternativ metod ve predmetleri öyrəniblər.

Daha sonra isə nümayəndə heyəti Belarus mediatoru Alesiya Puxova, vəkil, mediator, təlimçi Elena Sponova və psixoloq, mediator və təlimçi Nataliya Dormil ilə görüşmüş və beynəlxalq sferada mediasiya proseslərinin aparılması haqqında məlumat almışlar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı