Xəbərlər 29.04.2024 13:22 1166

AVTOMOBİLDƏ GİZLƏDİLƏN 21 KİLOQRAMDAN ARTIQ HEROİN AŞKAR EDİLDİ

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avstriya Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı