Xəbərlər 29.04.2024 18:55 1346

Sosial Xidmətlər Agentliyi probasiya nəzarətində olan daha bir qrup şəxsin sosial reabilitasiyasını həyata keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə tədbirləri davam etdirir. 

 

Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə birgə əməkdaşlığı çərçivəsində təşkil edilən tədbirdə iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumatlar verilib. 

 

Diqqətə çatdırılıb ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində kompleks işlər görülür. Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə fəaliyyət həyata keçirilir. Onlara fərdi plan əsasında sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərilir. 

 

Bildirilib ki, sosial xidmətə ehtiyacı olan həmin şəxslərin ailələrinə səfərlər təşkil olunur, aparılan qiymətləndirmənin nəticəsinə uyğun olaraq müvafiq xidmətlərə cəlb edilirlər. 

 

Sonra probasiya nəzarətində olan daha bir qrup şəxsin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb və onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsinə qərar verilib. Psixoloji xidmətə ehtiyacı olan şəxslər yarımstasionar və ya səyyar formada fərdi psixoloji xidmətə cəlb olunurlar. 

 

Probasiya nəzarətində olan şəxslər görülən tədbirlər nəticəsində sosial rifah və psixoloji vəziyyətlərinin yaxşılaşdığını bildiriblər. Əldə etdikləri müsbət nəticələrə görə minnətdarlıq ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı