İİV/QİÇS-lə Mübarizədə Müasir Yanaşmalar: ÜST, UNFPA və Səhiyyə Nazirliyi Təlimə start verdi - FOTOLAR
Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Əhali Fondu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə yerli mütəxəssislər üçün “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar" mövzusunda 3 günlük təlimə start verib.
QHT.az xəbər verir ki, təlimin əsas məqsədi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinə dair müasir yanaşmaları təqdim etməklə 2030-cu ilə qədər İİV/QİÇS-ə son qoymaq məqsədinə nail olmaq üçün cavab tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.
Təlimdə ümumilikdə 200-dək ilkin səhiyyə və stasionar tibb müəssisələrinin həkimlərinin, eləcə də müvafiq qurum və təhsil ocaqlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.