Xəbərlər 30.04.2024 12:35 1151

Bitki mənşəli ət təbii ətdən daha sağlam və təhlükəsizdir

Bitki mənşəli ət və süd məhsullarının əksəriyyəti planetə təbii məhsullardan daha az zərərlidir.

QHT.az xəbər verir ki, tədqiqatçılar belə nəticəyə gəliblər ki, bitki mənşəli ət, pendir, yumurta və qatıq istehsalı daha az istixana qazı buraxır və eyni zamanda daha az su istifadə edir. Bundan əlavə, alimlər bitki mənşəli məhsulların insan sağlamlığı üçün faydalarına diqqət çəkiblər. Onlar bitki mənşəli qidaların heyvan mənşəli məhsullardan "potensial olaraq daha sağlam və daha qidalı" ola biləcəyini bildirdilər.

Eyni zamanda, ekspertlər alternativ qida istehsalçılarını məhsulun qablaşdırılmasına və onun reklamına daha çox diqqət yetirməyə çağırıblar. Məsələn, aydın etiketləmə vegetarian pəhrizə keçməyi düşünən istehlakçılara daha məlumatlı seçim etməkdə kömək edə bilər.
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı