Xəbərlər 30.04.2024 18:45 1129

Uşaq Səfirlər Məclisinin “İnternetin zərərli vərdişləri” təlimi keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Zaqatala regionu üzrə nümayəndəsi Mədinə Ağazadənin təşkilatçılığı, Rayon İcra Hakimiyyətinin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbində “İnternetin zərərli vərdişləri” adlı təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları Zaur Hüseynzadə və Vaqif Abdullayev, Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisi Şəhla Məmmədova və məktəblilər iştirak ediblər.

Təlim zamanı internetin bütün işlərimizi asanlaşdırması ilə yanaşı, artıq və zərərli informasiyanın da həyatımıza daxil edən bir vasitə olduğu vurğulanıb. Qeyd edilib ki, bu sahənin tənzimlənməsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərəli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlar və digər normativ hüquqi aktlar ilə həyata keçirilir. Bu baxımdan valideynlər ilə yanaşı uşaqların məsəl ilə bağlı məlumatlılığının artıtılması və zərərsiz internet məhsullarından istifadəyə keçid vacib şərtdir.

Sonra uşaqların internet təhlükəsizliyi ilə bağlı sualları cavabıandırılıb, faydalı linklər uşaqlar ilə bölüşülüb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı