Xəbərlər 10.05.2024 15:45 3491

Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Saatlı rayonunda şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib.

QHT.az xəbər verir ki, S.Vəkilov bildirib ki, vətən torpağı uğrunda şəhid olmuş ailələri ziyarət etmək onların problemləri ilə maraqlanmaq hər birimizin vəfa borcudur. Qəhrəman şəhidimiz Cabbar Zeynalovun həyat hekayəsi də digər qəhrəmanlarımıza bənzəyir. Onun həyatının müxtəlif dövrlərini əks elədirən ev muzeyidə qəhramanlıq səlnaməsinin bir təzahürüdür. Bu günlərdə heykəltaraş L.Məmmədova tərəfindən şəhid Cabbar Zeynalovun  bürüncdən düzəldilmiş  büstü də qəhrəmanımızın ailəsinə böyük hədiyyə olub.  

Şəhidin valdeynləri Firudin Zeynalov və Kubra Zeynalova da  S.Vəkilova öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Cabbar Zeynalovu 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb. 05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktyabr 2017-ci il tarixdə döyüş tapşırığını icra edərkən şəhid olub. Saatlı rayon İcra Hakmiyyətinin Sərəncamı ilə  kəndin küçələrindən biri şəhid Cabbar Zeynalovun adına verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı