Xəbərlər 21.05.2024 00:00 1199

ABŞ Çini dənizaltı kabellər vasitəsilə casusluq etməkdə şübhələnir

ABŞ hökuməti rəsmiləri telekommunikasiya şirkətlərinə Sakit Okean üzərindən internet trafikini daşıyan dənizaltı internet kabellərinin "Çin təmir gəmiləri" tərəfindən casusluq təhlükəsinə məruz qalması barədə məxfi şəkildə xəbərdarlıq edib.

QHT.az xəbər verir ki, Çinin mümkün müdaxiləsi kommersiya və hərbi məlumatların təhlükəsizliyini təhdid edir. ABŞ Dövlət Departamentinin nümayəndələri sualtı kabellərin çəkilməsi və təmiri üzrə ixtisaslaşan Çinin SB Submarine Systems şirkətinin təmir gəmilərinin qeyri-adi davranışını qeydə alıblar: şirkət öz gəmilərinin yerini radio və peyk izləmə xidmətlərindən gizlədir. Söhbət xüsusilə Çinin “Fu Hai”, “Fu Tai” və “Bold Maverick” gəmilərindən gedir ki, onlar Tayvan və İndoneziya yaxınlığında fəaliyyət göstərərkən bəzən izləmə sistemləri üçün görünməz olurlar.

ABŞ rəsmiləri SB Submarine Systems-in məxfi əməliyyatlarda iştirak edən gəmilərinin hərəkətini qəsdən gizlətməsindən ehtiyat edirlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı