Xəbərlər 24.05.2024 01:13 13610

İran Prezidenti Rəisinin Helikopter Qəzası: İlkin Araşdırma

İran prezidenti İbrahim Rəisinin də göyərtəsində olduğu helikopterin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticəsi açıqlanıb.

QHT.az-ın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı bununla bağlı açıqlama yayıb.

Açıqlamaya görə, qəzaya uğrayan helikopterin gövdəsində güllə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın vitse-prezidenti Möhsün Mənsuri helikopter qəzası nəticəsində prezidentin və nümayəndə heyətinin həlak olması ilə bağlı məlumatı təsdiqləyib./savash.org/


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı