Qəhrəman şəhidimiz Vüsal Quliyevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Vüsal Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində anadan olub.
QHT.az xəbər verir ki, 2002–2006-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2007-ci ildə ixtisaslaşdırma kursunu başa vuraraq ordu sıralarında xidmət etməyə başlayıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 28 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Vüsal Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!