Xəbərlər 21.06.2025 07:43 30

"Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi - FOTOLAR

İyunun 20-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Qobustan Gənclər Evində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə açıq elan edildi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi. Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ qazilər iştirak etdilər.Tədbir zamanı aprel döyüşləri  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu. «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova,  Qobustan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələrilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov,  şəhid Malik Səlimlinin qardaşı Mirəli Səlimli, aprel döyüşlərinin şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı  olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır! «Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Qobustan Rayon İcra Hakimiyyətinə, Qobustan Gənclər Evinə təşəkkürünü bildirdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı