Xəbərlər 13.06.2024 11:41 2584

Professor Elşad Məmmədov: "Yaşıl enerjiyə keçid praqmatik mövqedən həyata keçirilir"

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov yaşıl enerjiyə keçid prosesləri ilə bağlı Azərbaycanda dövlət səviyyəsində düşünülmüş və praqmatik bir mövqenin formalaşdığını QHT.az-a bildirib.

"Yaşıl enerji ilə bağlı məsələlərin aktuallığını dərk etməklə yanaşı, dövlətimiz və xalqımız ənənəvi enerji sektorundakı rəqabət üstünlüklərimizi də unutmur. Yaşıl enerjiyə münasibət elmi cəhətdən əsaslandırılmış şəkildə ölkəmizdə reallaşdırılır. Bu da Azərbaycandakı enerji siyasətinin üstün cəhətlərindən biri kimi şübhəsiz dəyərləndirilməlidir," deyə professor Məmmədov vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjinin formalaşması və inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycanın əsas enerji daşıyıcıları ilə bağlı resurs bazası bu ərazilərdə yerləşmir, buna görə də həmin ərazilərdə yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişafı prioritet kimi nəzərdə tutulur.

"Bu ərazilərdə yaşıl enerjinin formalaşması və həmin istiqamətə sərmayələrin yatırılması daha çox öz inkişafını tapır. Hökumət enerji siyasətinin reallaşdırılmasında mərkəzi rol oynayır," deyə Məmmədov bildirib.

Professor Məmmədov, yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişafının dövlətin müvafiq dəstək mexanizmləri olmadan effektiv şəkildə aparıla bilməyəcəyini qeyd edib. "Azərbaycanda yaşıl enerjinin və alternativ enerji generasiyasının inkişaf etdirilməsi üçün istehlakçılara və enerji istehsalçılarına müvafiq dəstəklər var. Bu dəstək mexanizmləri reallaşdırılmalıdır ki, alternativ enerji generasiyasının effektiv inkişafı mümkün olsun," deyə o əlavə edib.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı